Vətəndaşlar, Qoqelia Klinikasında qrip əleyhinə peyvənd əvəzinə C vitamini vurulduğu iddia edirlər

Vətəndaşlar, Tbilisinin Cavaxişvili küçəsindəki Qoqelia Klinikasında qrip əleyhinə  peyvənd əvəzinə  C vitamini vurulduğu iddia edirlər.

Hadisə yerində  olanların dediyinə görə, dörd komponentli qrip peyvəndi ilə peyvənd edilmək üçün klinikaya gəldilər və 75 lari ödədilər,.peyvəndin qablaşdırılmasının göstərilməsini istədikdə tibb işçiləri tərəfindən bu  rədd edildi. Onların sözlərinə görə, uşaqlara da iynə vurulub.

Xəstələrin dediyinə görə, israr etdikdən sonra klinika nümayəndələri yalnız C vitamininin ampullərinin tapıldığı çəkməcəni açdılar, aşılama otağında da həmçinin istifadə olunan C vitamininin ampulalarını tapdılar.

Pasiyentlər deyirlər ki, klinikanın nümayəndələri nəhayət peyvənd üçün klinikaya gələnlərə C vitamini vurduqlarını etiraf etdilər.

Vətəndaşlar hadisə yerində hüquq -mühafizə orqanlarına müraciət ediblər.