"Vətəndaşlar" partiyası gizli yazılarla bağlı müvəqqəti istintaq komissiyasının yaradılmasını tələb edir
“Vətəndaşlar” partiyası gizli yazılarla bağlı Parlamentdə müvəqqəti istintaq komissiyasının yaradılmasını tələb etdi.
Partiyanın lideri, Aleko Elisaşvilinin bəyan etdiyinə görə, bir neçə gün keçib və suala cavab yoxdu ki, yayılan yazılar autentikdir ya yox.
“Biz dəhşətli yazıları dinlədik. Bir neçə gün keçdi və əsas suallara cavabımız yoxdur – yayılan yazılar autentikdir ya yox, yazılarda söhbət edən insanlar həmin dövrdə yüksək vəzifədə idilər ya yox və müvafiq olaraq insanlara təziq üçün dövlət mexanizmlərindən istifadə edirdilər ya yox. Bu önəmli suallardır ki, intintaqın əslində cavabı olmalıdır. Biz normal ölkə olsaq, buna qədər istintaqa başlanardı. Bunun əvəzinə biz sisyasi insinuasiyalar və müxtəlif studiyalarda müzakirələr görürük.
İlk növbədə “Gürcü Arzusunun” marağındadır ki, istintaq komissiyası çərçivəsində bütün suallara cavab versin. Müxalifətə müraciət edirəm, bu təşəbbüsün həyata keçirilməsində yardım etsinlər. Çünki Parlamentdə cəmi iki mandatımız var. Reqlamentə əsasən isə, məsələnin təhriki üçün 30 səs, komissiyanın yaradılması üçün 50 səs lazımdır”, – Elisaşvili bəyan etdi.