Vətəndaşlar məsələləri üzrə komissiya prezident administrasiyasına keçdi
Vətəndaşlar Məsələləri üzrə Komissiya Dövlət Servislərinin İnkişaf Agentliyindən prezident administrasiyasına keçdi.
Bu barədə bəyanatı Gürcüstanın Ədliyyə Naziri Tea Tsulukiani yanvarın 10-da keçirdiyi brifinqdə vermişdi. Brifinqdə o, həmçinin, prezident tərəfindən 2017-ci ilin dekabrın 26-da verilən əmri haqqında da danışdı, hansı ki, “Gürcüstan vətəndaşlığı məsələlərinin müzakirəsi və qərar verilməsi haqqında” qanunda dəyişiklikləri nəzərdə tutur.
Tea Tsulukianinin dediyinə görə, prezidentin əmrinə daxil edilən dəyişikliklərin fonunda, Gürcüstanın Ədliyyə Naziri də məcburdur ki, öz əmrinə dəyişikliklər daxil etsin, hansılar ki, Gürcüstanın qanunvericilik gündəmində xəbər olaraq, yayılacaq.
“Gürcüstan prezidenti tərəfindən yaradılan yeni reallıqda, yanvarın 15-dən etibarən, Gürcüstan vətəndaşlığını almaq istəyən şəxslər öz ərizələrini yenə Ədliyyə Evlərinə daxil edəcəklər və bu baxımdan, prosedurlar eyni qalır. Sadəcə olaraq, şifahi söhbətləşmə və digər qanuni prosedurlar üçün, onlar prezident administrasiyasına baş vurmalı olacaqlar.
Prezident tərəfindən həyata keçirilən dəyişikliklər nəticəsində, Servislərin İnkişaf Agentliyi, daxil olan bəyanatları müzakirəsinə davam edə bilməyəcək və bizim sadəcə ərizələrin düzgün tərtib edildiyini yoxlayamaq funksiyamız olacaq” – dedi Ədliyyə Naziri.