"Vətəndaş hüquqları ittifaqının" hesabatına əsasən, Avropa İttifaqının üzv ölkələrinin bir hissəsi pandemiya zamanı vətəndaşların hüquqlarını pozurdu
"Vətəndaş hüquqları ittifaqının" hesabatına əsasən, Avropa İttifaqının üzv ölkələrinin bir hissəsi pandemiya zamanı vətəndaşların hüquqlarını pozurdu

“Vətəndaş hüquqları ittifaqının” hesabatına əsasən, Avropa İttifaqının üzv ölkələrinin bir hissəsi pandemiya zamanı vətəndaşların əsas hüquqlarını pozurdu.

Sənədin müəllifləri qeyd edirlər ki, bəzi Avropa ölkələrinin iqtidarı pandemiya zamanı insan hüqularını qeyri-proporsiyonal şəkildə məhdudlaşdırırdı.

“Etiraz aksiyalarını keçirmək hüququ, məlumat almaq hüququ, söz azadlığı hüququ vətəndaşların əllərindən alınmışdı,- pandemiya zamanı Avropa İttifaqı ölkələrinin iqtidarları bu məhdudiyyətlərdən öz xeyrinə istifadə edirdilər” – deyilir hesabatda.

Müəlliflərin dediyinə görə, Belçika, Fransa, Almaniya, İtaliya, Rumıniya və Sloveniyada iqtidarlar fiziki distansiyanın qorunması qaydalarından öz xeyirlərinə istifadə etdilər və bu məhdudiyyəti gərəksiz halda da qorumağa çalışdılar.

Macarıstanda, Polşada və Sloveniyada iqtidarlar fövqəladə vəziyyət rejimindən ətraf mühitin qorunması standartları ilə bağlı qanunların gücsüzləndirilməsi üçün istifadə etdilər” – deyilir hesabatda.

Hesabatda həmçinin, pandemiya zamanı, jurnalistlərin və vətəndaş aktivistlərinin hüquqlarının pozulmasıdan söz edilir.

“Pandemiya zamanı iqtidarlar, onları tənqid edən jurnalistlərin diskreditasiyasına çalışırdılar” – deyilir hesabatda.

Sənədin müəllifləri avropa İttifaqına müraciət edirlər ki, bütün mövcud olan instrumentlərdən istifadə etsin və pandemiya zamanı məhdudlaşdırılan vətəndaş hüquqlarının qorunması bərpa olunsun.