Vertkviçala yaxınlığında tikinti konstruksiyasının uçması nəticəsində bir nəfər həlak olub
Vertkviçala yaxınlığında tikinti konstruksiyasının uçması nəticəsində bir nəfər həlak olub

Xaraqauli bələdiyyəsində Vertkviçala kəndi yaxınlığında yol işləri aparılan zaman tikinti konstruksiyaları uçub. Qəza nəticəsində bir nəfər həlak olub.

Bu barədə məlumatı Gürcüstanın Birinci Kanalına Avtomobil Yolları Departamentinin mətbuat xidmətindən təsdiqləyiblər.

Lakin qəza nəticəsində yol işlərində işləyən daha bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Daxili İşlər Nazirliyi bildirir ki, faktla bağlı Cinayət Məcəlləsinin mədən, tikinti və ya digər işlərin görülməsi zamanı təhlükəsizlik qaydalarının pozulmasını nəzərdə tutan 240-cı maddəsi ilə araşdırma aparılır.