Verona-Şuamta hissəsində avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyətlər tətbiq edilib
Güclü qar yağması və temperaturun aşağı olması ilə əlaqədar Vaziani-Qombori-Telavi respublika avtomobil yolunun 36 km-60 km (Verona-Şuamta) hissəsində yalnız yolsuzluq avtomobillərinin hərəkətinə icazə verilir. Bu barədə məlumatı Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları İdarəsi yayır.
Qurumdan verilən məlumata görə, yolun qalan hissələrində avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir.