Vergi sənədlərini saxtalaşdırmaq, büdcəyə külli miqdarda maddi ziyan vurmaq və əmlakı gizlətmək ittihamı ilə 3 nəfər saxlanılıb
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları həyata keçirdikləri operativ əməliyyat-istintaq tədbirləri və istintaq hərəkətləri nəticəsində saxta vergi sənədlərinin hazırlanması- istifadəsi, dövlət büdcəsinə külli miqdarda maddi ziyan vurulması və dələduzluq yolu ilə külli miqdarda əmlakın gizlədilməsi faktına dair üç nəfəri saxlayıb. Məlumatı İstintaq Xidməti yayır.
“İstintaq nəticəsində müəyyən olunub ki, təqsirləndirilən şəxslər qanunsuz maddi xeyir əldə etmək məqsədi ilə idarə etdikləri şirkətlərdən birinin adından 2016-2018-ci illər ərzində vergi orqanına dəqiqləşdirilmiş əlavə dəyər vergisi bəyannamələrini təqdim ediblər və bəyannamələrdə saxta məlumatlar əks etdiriblər. Bununla da
ümumi həcmi 2 209 207 lari olan saxta aktiv yaradıblar, daha sonra bundan büdcə qarşısında mövcud vergi öhdəliklərinin ödənilməsi üçün istifadə ediblər.
İstintaq nəticəsində həmçinin müəyyən olunub ki, təqsirləndirilən şəxslər gözlənilən əmlak məsuliyyətindən yayınmaq məqsədilə idarə etdikləri şirkətin adına olan 3 103 197 lari dəyərindəki daşınmaz və daşınan əmlakı dələduzluq və saxta vergi hesab-fakturaları yolu ilə idarə etdikləri başqa şirkətlərin adına rəsmiləşdiriblər. Bununla , dövlətin əlindən sözügedən əmlakı sataraq şirkətin büdcəyə olan borcunu silmək imkanı alınıb. Eyni zamanda, yuxarıda qeyd olunan dələduzluq əməliyyatı nəticəsində sövdələşmədə iştirak edən şirkət 1 146 101 lari məbləğində saxta əlavə dəyər vergisi hesablaması əldə edib və burdan 399 128 lari büdcə vergilərinin ödənilməsində istifadə edib.
İstintaq prosesində büdcəyə dəymiş ziyanın götürülməsi məqsədi ilə təqsirləndirilən şəxslərin adına olan daşınmaz və daşınan əmlaka, eləcə də bank hesablarına həbs qoyulub”, – deyə qurumdan bildirilib.
Gürcüstan Cinayət Məcəlləsinin 210-cu maddəsinin ikinci hissəsi, 185 və 205-ci maddələrinin ikinci və üçüncü hissələri istintaq aparılır ki, bu da 6 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.