Vergi ödəyiciləri iyulun 11-dən müəyyən müraciətlərin qeydiyyatını yalnız elektron formada edə biləcəklər
Vergi ödəyiciləri iyulun 11-dən müəyyən müraciətlərin qeydiyyatını yalnız elektron formada edə biləcəklər

 
Vergi ödəyiciləri iyulun 11-dən müəyyən müraciətlərin qeydiyyatını yalnız elektron formada edə biləcəklər.

Belə ki, Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin də izah etdiyi üzrə, müraciətlərin elektron qaydada qəbulunun təşviq edilməsi və distant xidmətlərin populyarlaşdırılması məqsədilə cari ilin iyulun 11-dən etibarən Vətəndaşlara (Gəlirlər Xidmətinin avtorizasiyalı səhifəsi olanlar) Xidmət Mərkəzlərində ziyarətlər zamanı əlavə olaraq aşağıdakı müraciətlərin qeydiyyatı məhdudlaşdırılacaq :

• Sahibkar fiziki şəxsə kiçik biznes statusunun verilməsi;

• Fiziki şəxsə öz gəlirləri haqqında arayışın verilməsi;

• ƏDV ödəyicisi kimi qeydiyyat.

” 60 mindən çox fiziki şəxsə Gəlirlər Xidmətinin elektron sistemində qeydiyyatda olan mobil nömrələrə artıq informasiya xarakterli qısa mətn bildirişləri göndərilib.

Buradaca xatırladaq ki, xidmətlərin inkişafı strategiyası çərçivəsində özünəxidmətin təşviqi məqsədilə, Gəlirlər Xidmətində artıq 452 elektron xidmət görmək mümkündür “- deyə Gəlirlər Xidmətindən bildirilib.