Venesuelanın müxalifətdən prezidentliyə namizədi Edmundo Qonzales məhkəmənin onun həbsinə order verdikdən sonra ölkəni tərk edərək İspaniyaya gedib
Venesuelanın müxalifətdən prezidentliyə namizədi Edmundo Qonzales məhkəmənin onun həbsinə order verdikdən sonra ölkəni tərk edərək İspaniyaya gedib

Venesuela müxalifətinin prezidentliyə namizədi Edmundo Qonzales Venesuelanı tərk edərək İspaniyaya gedib, bu barədə “Cienen” yazır. Venesuela məhkəməsi dövlət rüsumlarının mənimsənilməsi, saxtakarlıq, itaətsizliyə çağırış və sistemin təxribatı da daxil olmaqla bir sıra cinayətlərə görə Qonzalesin həbsinə order verdikdən sonra müxalifətdən prezidentliyə namizəd ölkəni tərk edərək İspaniyadan siyasi sığınacaq istəyib.

Venesuelanın vitse-prezidenti Delsey Rodriguez deyib ki, Venesuela “siyasi sakitlik səbəbindən” Qonzalesin ölkəni tərk etməsinə icazə verib.

İspaniyanın xarici işlər naziri Xose Manuel Albares bildirib ki, Qonzales İspaniyaya öz xahişi ilə İspaniya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ilə gəlib.

Xatırladaq ki, Venesuela seçki qurumu hazırkı prezident Nikolas Maduronu iyul seçkilərinin qalibi elan edib, baxmayaraq ki, müxalifət səsvermənin nəticələrinə əsasən Qonzalesin seçkidə qalib gəldiyini iddia edir. Maduronun qalib elan edilməsi ölkədə etirazlara səbəb olub. Seçkilərdən sonra hakimiyyət 2400-dən çox adamı həbs edib. Avropa Birliyi səsvermənin təfərrüatlı nəticələrini görməyincə Maduronun qələbəsini tanımayacaqlarını açıqlayıb. ABŞ-da isə Qonzalesin ən çox səs qazandığı açıqlandı və Maduronun məğlubiyyətinin danılmaz sübutları var. Bir neçə Latın Amerikası ölkəsi də Maduronu dəstəkləməkdən imtina edib. Maduronun keçmiş müttəfiqi, Braziliya prezidenti Lula da Silva Venesuela hökumətini şəffaf olmağa çağırıb.