Venesiya limanının prezidenti - Gürcüstan "İpək Yolunun" ən vacib ölkəsidir
Tbilisidə səfərdə olan Venesiya limanının prezidenti, Pino Musolini, italyan nəşriyyatı VeneziaToday ilə müsahibəsində Gürcüstanın inşaat və tranzit potensialı haqqında danışdı.
“Gürcüstan XXI-cu əsrin “İpək Yolunun” ən vacib ölkəsidir və Venesiya kimi, o da, daxili bazarlara bir giriş qapısıdır” – dedi Musolini.
Onun dediyinə görə, Gürcüstan limanları ilə uzunmüddətli əməkdaşlıq, Venesiyanın yolunun əhəmiyyətli və böyük potensialı olan bazarlara açılması deməkdir.
Gürcüstana səfər zamanı Pino Musolini Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili, iqtisadiyyat naziri və Tbilisinin meri Kaxa Kaladze ilə görüşdü.
Venesiya limanının prezidenti bugün Potiyə gedəcək və Poti limanının infrastruktur ilə tanış olacaq.