Venesiya Komissiyasının vitse-prezidenti Maykl Frendo - bizim tövsiyələrimiz işarətlərdir, həmçinin qırmızı xətlər də verilir, lakin həyata keçirmə yollarını Gürcüstanın necə seçəcəyi onun öz işidir
Venesiya Komissiyasının vitse-prezidenti Maykl Frendo - bizim tövsiyələrimiz işarətlərdir, həmçinin qırmızı xətlər də verilir, lakin həyata keçirmə yollarını Gürcüstanın necə seçəcəyi onun öz işidir

 
Venesiya Komissiyası Gürcüstanı Avropa İttifaqına gedən yolda bir daha dəstəkləməyə hazırdır -bu barədə Venesiya Komissiyasının vitse-prezidenti Maykl Frendo mətbuat konfransında açıqlayıb.

Maykl Frendo bildirib ki, Venesiya Komissiyasının nümayəndə heyətinin üzvləri Gürcüstana səfərləri zamanı səmərəli görüşlər keçirib, görüşlər zamanı komissiyanın tövsiyələri haqqında danışıblar.

“Səmərəli və uzun bir gün keçirdik, hakimiyyətin bütün əsas orqanlarının və qollarının nümayəndələri ilə görüşdük, parlamentin sədri, parlament çoxluğunun lideri, “Gürcü Arzusu” siyasi partiyasının sədri, parlamentdəki müxalifət partiyalarının liderləri, Gürcüstan Prezidenti, həmçinin xarici işlər nazirinin müavini, Gürcüstanın Baş naziri ilə görüşdük. Səmimi söhbətimiz oldu. Məqsədimiz Gürcüstanın demokratiya, insan haqları və qanunun aliliyi istiqamətində tutduğu yola sadiqliyimizi göstərməkdir.

Venesiya Komissiyasının verdiyi tövsiyələr və onların icrası barədə danışdıq. Bu tövsiyyələr işarətlərdir, həmçinin qırmızı xətlər də verilir, lakin Gürcüstanın həyata keçirmə yollarını necə seçəcəyi onun öz işidir.

Qeyd etmək lazımdır ki, biz siyasi təşkilat deyilik, biz ekspertlər qrupuyuq və məqsədimiz nə edilməli olduğunu diktə etmək deyil, dialoq yolu ilə Gürcüstanla bu yolda getməkdir. Tərəfdaşlarla və maraqlı tərəflərlə apardığımız bütün söhbətlərdə namizəd statusu ilə bağlı müsbət nəticəyə görə təbriklərimizi qeyd etmişik. Venesiya Komissiyası Avropa Şurasının tərkib qurumudur, lakin Avropa İttifaqı tez-tez Venesiya Komissiyasının rəyinə istinad edir və Venesiya Komissiyası Avropa İttifaqına doğru seçdiyi yeni yolda məsləhətləşmələri və rəyləri ilə Gürcüstanı bir daha hər cür dəstəkləməyə hazırdır”-deyə Maykl Frendo açıqlayıb.