Daxili İşlər Nazirliyinin Kaxeti Polis İdarəsinin əməkdaşları, 1991-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Q.P.-ni ağırlaşdırıcı şəraitdə iki nəfəri qəsdən qətlə yetirmə ittihamı ilə saxlayıblar.
Nazirlikdən verilmiş məlumatda cinayətin 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetməni nəzərdə tutduğu deyilir.
“İstintaqla təqsirləndirilən şəxsin Qurcaani Munisipalitetinin Velistsixe kəndində, həmkəndliləri – 1952-ci il təvəllüdlü Q.K və M.Z.-yə qarşılıqlı mübahisə zəminində odlu silahdan bir neçə dəfə atəş açmaqla ölümcül xəsarətlər yetirdiyi və hadisə yerindən qaçaraq gizləndiyi müəyyən edilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarının həyata keçirdikləri istintaq hərəkətləri nəticəsində hadisədən tezliklə təqsirləndirilən şəxs “isti izlər”lə saxlanılıb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsi ilə aparılır”-deyə məlumatda deyilir.