Vəkillərin məlumatına görə, Otar Partsxaladzeyə qarşı qətimkan tədbiri olaraq qirov seçildi
Keçmiş baş prokuror, Otar Partsxaladzeyə qarşı qətimkan tədbiri barəsində məhkəmə artıq müzakirə apardı.
Birinci Kanala vəkillər artıq təsdiq etdilər ki, Partsxaladzeyə qarşı qətimkan tədbiri olaraq qirov seçildi. Qirovun miqdarı 5 min larini təşkil edir.
Prokurorluq Otar Partsxaladzeyə qarşı ittihamı, 126-cı maddə ilə, Laşa Todriyanın döyülməsi işi üzrə irəli sürdü.
Vəkillərin məlumatına görə, Otar Partsxaladze ittihamı boynuna almır.