Vəkillərin bəyan etdiklərinə görə, Vitali Safarovun qətl işinin istintaqı yanlış kvalifikasiya ilə aparılır
Hüquq müdafiyəçisi Vitali Safarovun qətl işi ilə bağlı başlayan istintaq yanlış kvalifikasiya ilə aparılır, – bu bəyanatı qətlə yetirilən hüquq müdafiyəçisinin vəkilləri verdilər.
Söhbət sentyabrın 30-da Tbilisidə baş verən qətldən gedir.
Hüquqmüdafiyəçilərin dediyinə görə, cinayət işi sadəcə bir nəfərə qarşı qaldırılıb, ikinci nəfər isə, sadəcə olaraq, polisə xəbər verməmək suçu ilə məsuliyyətə cəlb olunacaq.
Vəkilləri istintaq kvalifikasiyasının dəyişdirilməsini tələb edirlər, çünki, onların dediyinə görə. Vitali Safarov xuliqan qrupu tərəfindən rasist, dini və yahud etnik nəfrət səbəbi ilə qətlə yetirildi.
Vəkillərin bəyanatına görə, onlar insindenti görən və eşidən insanlarla danışdılar və öyrəndilər ki, qətl cinayətində bir neçə nəfər iştirak edirdi.
Şahadların dediyinə görə, insindent Vitali Safarovun rus dilində söhbət etməyə başlamasından sonra baş verdi.
Vəkillərin əldə etdiyi məlumata görə, qətli törədənlər neo-natsist qruplaşmasının üzvləri idilər.