Vəkilin verdiyi məlumata əsasən , çağırışçılara yönəlik ləyaqət alçaldıcı rəftar faktı ilə əlaqədar saxlanılanlardan biri Dimitri Devdariani 5 il müddətinə azadlıqdan məhrum edilib
Vəkilin verdiyi məlumata əsasən , çağırışçılara yönəlik ləyaqət alçaldıcı rəftar faktı ilə əlaqədar saxlanılanlardan biri Dimitri Devdariani 5 il müddətinə azadlıqdan məhrum edilib

 

Vəkil Davit Chikaidzenin sözlərinə görə, çağırışçılara yönəlik ləyaqət alçaldıcı rəftar faktı ilə əlaqədar saxlanılanlardan biri Dimitri Devdariani 5 il müddətinə azadlıqdan məhrum edilib.

Bununla yanaşı, vəkilin sözlərinə görə, müvəkkili andlılar tərəfindən təqsirli bilinib və andılılar kollegiyası ona bir tək fiziki zorakılıq qismində bəraət qazandırıb.

Sözü gedən məsələ ilə əlaqədar ittiham olunmuş Qiorqi Biçinaşvilinin məsələsinin müzakirəsi şəhər məhkəməsində keçirilir.

İstintaqın məlumatına görə, saxlanılan şəxslər çağırışçıları onlarla saat ərzində xüsusi ağır təchizat geyinmiş halda hərbi bazanın ərazisində müxtəlif obyektləri yığışdırmağa məcbur ediblər. Söhbət altı epizoddan gedir ki, həmin epizodlarda da əsgərlər ağır təchizat geyinməyə məcbur edilir, əmr əsasında diz üstə çökmüş halda 10-11 saat boyunca döşəməyi və sanitar qovşağı fırçalayırlarmış. Bunu zorla edirlərmiş. Dörd çağırışçı zərərçəkmiş statusuna malikdir.