Vəkilin sözlərinə əsasən, Bermud Apellyasiya Məhkəməsi "Credit Suisse"nin Bidzina İvanişvilinin, onun ailəsinin və əlaqəli təşkilatların xeyrinə 607 milyon ödəməsinə qərar verib
Vəkil Laşa Kalandadze bildirir ki, Bermud Apellyasiya Məhkəməsi “Credit Suisse”nin Bidzina İvanişvilinin, onun ailəsinin və əlaqəli təşkilatların xeyrinə 607 milyon ödəməsinə qərar verib. Bu barədə Laşa Kalandadze sosial şəbəkələrdə yazır.
“Bir neçə dəqiqə əvvəl Bermud Apellyasiya Məhkəməsi öz qərarını verdi. Sözügedən qərarla “Credit Suisse Life (Bermuda) Limited”in şikayəti rədd edilib. Birinci instansiya məhkəməsinin qərarı dəyişməz qalıb, ona əsasən “Credit Suisse Life (Bermuda) Limited”in Bidzina İvanişvilinin, onun ailə üzvlərinin və onların əlaqəli təşkilatların xeyrinə 607 milyon ABŞ dolları ödəməsinə qərar verilib”- Laşa Kalandadze yazır.