Vəkilin məlumatına görə, Tsotne Qamsaxurdiayı qətlə yetirmək cəhdinə görə, həbs edilənlər arasında onun uşaqlıq dostu da var
Gürcüstanın birinci prezidentinin oğlu Tsotne Qamsaxurdiyayı öldürmək cəhdinə görə həbs edilənlər arasında, onun uşaqlıq dostu Petre Kuparadze də var. O polisdən cinayəti gizlətməklə ittiham edilir.
Bu haqda məlumatı vəkil Vaja Arobelidze verir, hansı ki, Kuparadzenin maraqlarını qoruyur və onunla görüşmək üçün polis idarəsinə getdi.
Vəkil qeyd etdi ki, cinayətdə iştirak edən beş nəfərdən üçünü Sarp sərhədində həbs edildilər.
Vəkil qeyd edir ki, təcili tibbi yardım və polis gələndə, Kuparadze yaralının yanında idi və təcili tibbi yardım maşını ilə, onunla bərabər xəstəxanaya da getdi.
“Cinayəti polisdən gizlətməklə niyə ittiham edildiyi naməlumdur” – deyir vəkil.
Tsotne Qamsaxurdiyaya hücum cinayəti ilə bağlı beş nəfər həbs edilib. Onlara qarşı rəsmi ittiham bu gün irəli sürüləcək.
Tsotne Qamsaxurdiyayı dekabrın 19-da yaraladılar.
Onun sağlamlıq vəziyyəti bu vaxta qədər ağırdır.