Vəkilin məlumatına görə, Mustafa Emre Çabuku xüsusi qoruma proqramına daxil etdilər
Demirel kolecinin keyfiyyət idarəsinin meneceri Mustafa Emre Çabuk Xüsusi Qoruma Proqramına daxil edildi.
Bu barədə məlumatı Birinci Kanala Mustafa Emre Çabukun vəkili verdi.
Prokurorluğun mövqeyinə gəlincə isə, idarədən Birinci Kanala bildirildi ki, məsələ ilə bağlı şərh vermək istəmirlər.
Mustafa Emre Çabukun vəkilləri onun xüsusi qorunma proqramına daxil edilməsi tələbi ilə prokurorluğa fevralın 23-də müraciət etdilər.
Həmin proqrama Emre Çabukun ailəsi də daxil edildi.