Vəkilin məlumatına görə, həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinən şəxsin sağlamlıq problemləri var və baş verən faktı xatırlaya bilmir
Vəkilin məlumatına görə, həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinən şəxsin sağlamlıq problemləri var və baş verən faktı xatırlaya bilmir

Quramişvili prospektində qətl törətmiş saxlanılan şəxsin vəkili Sulxan Komaxidzenin sözlərinə görə, müdafiə etdiyi şəxslə artıq danışıb və o, hadisəni xatırlaya bilmir.

Vəkil deyir ki, onun sağlamlığı ilə bağlı ekspertiza təyin etmək lazımdır. Həmçinin, ittiham tərəfi həbs qətimkan tədbiri kimi məhkəməyə müraciət etdikdə, həbs edilmiş şəxs və onun vəkili ittiham tərəfinin vəsatəti ilə razılaşa bilər.

“Baş verənlərə təəccüblənir, faktları xatırlaya bilmir, güman edildiyinə görə, sağlamlıq problemləri olmalıdır. Nəyə görə yaxalandığını deyəmfə inana bilmirdi. Ciddi sağlamlıq problemləri var. Yoxlanılmalıdır, tələb edirik ki, ekspertiza təyin edilsin və bu insanın psixoloji və psixik vəziyyəti yoxlanılsın. Yoxlanılmalıdır, ittihamçı tərəfin buna öhdəliyi var və bunu yerinə yetirəcək. Həbs-qətimkan tədbirinə gəlidikdə, ittiham üzrə həbs qətimkan tədbiri seçilir və biz onun səhhətinin vəziyyətini və işdən asılılığını nəzərə alaraq, çox güman ki, razılaşacağıq”, – vəkil Suxan Komaxidze bəyan etdi.

Xatırladaq ki, dünən Tbilisidə, ictimai nəqliyyatda qətl baş verdi.