Vəkilin məlumatına görə, Giorgi Şakaraşvilinin ölüm faktı ilə bağlı həbs edilənlər arasında iki reqbiçi Vasil Samxaradze və Arçil Qaqnidze var
Vəkilin məlumatına görə, 19 yaşlı futbolçu Giorgi Şakaraşvilinin ölüm faktı ilə bağlı həbs edilən 17 nəfərin arasında iki reqbiçi Vasil Samxaradze və Arçil Qaqnidze var.
Bu barədə məlumatı vəkil Beka Nemsitsveridze jurnalistlərlə danışarkən verdi.
Vəkilin məlumatına görə, onlar cinayət yerində olan şübhəli “Toyota” markalı avtomobildə idilər.
“Onlar münaqişənin baş verdiyi ad günündə yoxidilər. Hadisə yerinə sonradan gediblər. Onlar hadisə yerinə gedəndə, orada kimsə yoxidi, artıq hamı getmişdi. Bu deməkdir ki, mənim müdafiyəm altında olan şəxslər orada Giorgi Şakaraşviliyi görməyiblər. Orada olan fotoqrafın ifadəsindən də bilinir ki, onlardan öncə oraya başqa bir avtomobil də getmişdi və Şakaraşvili və dostu o zaman qaçıblar” -deyir vəkil.
Vəkilin dediyinə görə, həlak olan Giorgi Şakaraşvilinin yanında olan dostu Quri Amirxanaşviliyi də gecə saatlarında Tbilisiyə məhz müdafiyəm altında olan şəxslər gətirdilər.