Vəkilin bəyanatına görə, Saakaşvili hərbi çevrilişin təşkil edilməsində ittiham edilir
112 kanalının yaydığı məlumata görə, Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilinin vəkili bəyan edir ki, Odessanın sabiq qubernatoru və Gürcüstanın eks-prezidenti hərbi çevrilişin təşkil edilməsində ittiham edilir.
Ukraynanın baş prokurorluğunda Saakaşvilinin həbs edilməsinin səbəbini hələ açıqlamırlar.
Ukrayna medyasının məlumatına görə, saat 16:00-da, məsələ ilə bağlı Radanın açıqlamasını gözləyirlər.
Gürcüstanın sabiq prezidenti Kiyevdə bugün həbs edildi.