Vəkil ümid edir ki, məhkəmə "Lanset" klinikasınnı direktoruna bəraət qazandıracaq
Vəkil ümid edir ki, məhkəmə "Lanset" klinikasınnı direktoruna bəraət qazandıracaq

Şəhər Məhkəməsində klinika “Lansetin” direktorunun işi ilə bağlı müdafiyə tərəfi yekun sözünü təqdim edəcək.

İttiham edilən şəxsin vəkili ümid edir ki, məhkəmə “Lansetin” direktoruna bəraət verəcək.

Vəkil Gela Nikolaişvili bəyan etdi ki, bu iş doqquzuncu aydır məhkəmədə müzakirə olunur və qeyd etdi ki, “Lansetin” direktoru, transplantologiya bölməsinin yaradılması üçün 30 milyonluq investisiya qoydu ki, gürcülər müalicə üçün xaricə getməsinlər.

“Gürcüstanda bu sahənin inkişafı üçün 30 milyon dollarlıq investisiya qoyan adama deyirlər ki, bunu reklam üçün edirdi. Əməliyyat zamanı iki nəfərin ölməsində onu suçlayırlar. Pasientlərin ölüm səbəbləri xərçəng və tserroz xəstəliyi oldu. Onları transplantasiya xilas edə bilməzdi, ancaq, onların xilas edilmə şansları var idisə, bunu əməliyyat edən dünya miqyaslı nüfuzu olan həkimlə davalamalıdırlar. Halbuki ona qarşı cinayət işi sadəcə iki gün bundan öncə qaldırıldı.

Klinika “Lansetdə” qara ciyər transplantasiya əməliyyatları 2016-cı ilin mart ayında keçirildi. Hər iki əməliyyat da fatal nəticə ilə başa çatdı. Əməliyyatdan bir neçə gün sonra pasientlər Giorgi Çubinidze və Karlo Kekelidze həyatlarını itirdilər.

Hüquqmühafizəçilər klinikanın direktoru Fərman Ceyranlıyı 2017-ci ilin mayın 22-də həbs etdilər.

“Lansetin” direktoruna qarşı cinayət işi dolandırıcılıq ittihamı ilə qaldırılıb və qeyd olunan ittiham altıdan doqquz ilə qədər həbs cəzasını nəzərdə tutur.

Fərman Ceyranlı pasientlərdən böyük miqdarda pul alıb, onlara göstəriləcək tibbi xidmətin təhlükəli olduğu haqda məlumatı verməməklə suçlanır.