Vəkil, “TBC Bank”a basqın işi üzrə saxlanılmış şəxsin günahını etiraf etdiyini bildirir
Vəkil, “TBC Bank”a basqın işi üzrə saxlanılmış şəxsin günahını etiraf etdiyini bildirir

 
“TBC Bank”a basqın işi üzrə saxlanılmış Quqa Qotsiridze barəsində soyğunçuluq maddəsi ilə ittihamı irəli sürülüb, onun banka basqın etdiyi silahın ekspertiza rəyinə əsasən oyuncaq olduğu müəyyən edilib və təqsirləndirilən şəxs barəsində silah əldə etmə-saxlama-gəzdirmə maddəsi ilə ittiham irəli sürülməyib.

Quqa Qotsiridzenin vəkili Davit Barbakadzenin Gürcüstanın Birinci Kanalına açıqladığı üzrə, onun müdafiə etdiyi şəxs “TBC Bank”a daxil olduğunu və pul tələb etdiyini etiraf edib.

O qeyd edib ki, Qotsiridze həyəcan siqnalı işə salındıqdan 15 saniyə sonra bankı tərk edib.

“Qotsiridze maska taxmayıbmış, başını papaq ilə örtübmüş. O, mənim uşaqlıq dostumdur və mən heç vaxt onda qeyri-adekvatlıq görməmişəm”- deyə vəkil deyib.

O, hətta saxlanılan şəxsin özünün də yanvarın 3-də “TBC Bank”a basqını izah edə bilmədiyini və bunu ağır psixoloji gərginlik və ailə problemləri ilə əlaqələndirdiyini bildirib.

Vəkil, banka basqından əvvəl Qotsiridzenin bu problemlərə görə intihara belə cəhd etdiyini deyib.

Saxlanılma yerinə gəlincə, vəkil, Qotsiridzenin hadisədən bir neçə saat sonra Baxtrionidəki evində saxlanıldığını açıqlayıb. Bankdan qaçaraq gizləndikdən sonra evə gedib.