Vəkil bəyan edir ki, Əfqan Muxtarlıya Almaniyadan Tbilisiyə gəlmək imkanı verilmir
Vəkil Arçil Çopikaşvilinin məlumatına görə, Almaniyada olan Azərbaycanlı jurnalist Əfqan Muxtarlı bugün Tbilisiyə gəlməyi planlayırdı, ancaq, o bildirir ki, “Gürcüstan Hava Yolları” və Gürcüstan Konsulluğunun nümayəndələri ona Gürcüstana gəlmək imkanını vermirlər.
Əfqan Muxtarlının hüquqlarını qoruyan “Tbilisi insan hüquqları evi” və onun üzv təşkilatı “Gürcüstan haqqları”, Muxtarlının Tbilisiyə buraxılmama səbəblərini öyrənməyə çalışırlar.
“Məsuliyyətli idarələrə müraciət edirik, bütün sünii baryerləri qaldırsınlar və Azərbaycanlı jurnalistə Gürcüstana gəlmək imkanını versinlər” – deyir Muxtarlının hüquqlarının müdafiyəçisi.
Vəkil Arçil Çopikaşvili dünən bəyan etdi ki, oktyabrın 9-da Əfqan Muxtarlı Tbilisiyə gəlir.
Vəkilin məlumatında deyilirdi ki, “Muxtarlı Gürcüstan və Azərbaycan iqtidarlarını, 2017-ci ilin may ayında, onu Tbilisidə, qeyri-qanuni şəkildə azadlıqdan məhrum etməklə ittiham edərək, məhkəmə davası açıb və Gürcüstan prokurorluğuna ifadə vermək istəyir. O həmçinin, medyaya bəyanatlar verəcək və istintaqda əldə edilən tərəqqiyi dəyərləndirəcək”.
Bugün Gürcüstanın Baş Prokurorluğu bəyan etdi ki, Əfqan Muxtarlı Almaniyadaykən, müvafiq xidmətlər tərəfindən 2020-ci ilin iyul ayında dindirildi. Soruşdurma aktı və digər materiallar isə, Almaniyadan Gürcüstan prokurorluğuna oktyabrın 1-də göndəridi və cinayət işi sənədlərinə əlavə edildi.