Vəkil bəyan edir ki, bu gün Dövlət Təhlükəsizlik Xidmətinin müvəqqəti təcridxanasında Soso Qoqaşviliyə baş çəkəcək
Vəkil bəyan edir ki, bu gün Dövlət Təhlükəsizlik Xidmətinin müvəqqəti təcridxanasında Soso Qoqaşviliyə baş çəkəcək

Yaxalanan Soso Qoqaşvilini vəkili bir neçə saatdan sonra Təhlükəsizlik Xidmətinin binasında ziyarət edəcək.

Vəkil Dimitri Qonqadzenin Gürcüstanın Birinci Kanalına bəyan etdiyinə görə, axşam saat 20:00-21:00 arasında müvəqqəti saxlama təcridxanasına gedəcək və orada saxlanılan Qoqaşvili ilə görüşəcək.

Onun açıqalamasına görə, ona qədər ittiham irəli sürülməyəcək, çünki onlar bu istintaq hərəkətini vəkilsiz apara bilməzlər. 13 saat davam edən xüsusi əməliyyat nəticəsində Qoqaşvili DTX-nin təcridxanasına aparıldı.

Bunubla yanaşı, ailənin məlumatına görə, Soso Qoqaşvili Cinayət Məcəlləsinin üç maddəsi ilə yaxalanıb. Bu maddələr: vəzifə səlahiyyətlərini aşma, şəxsi həyatın toxunulmazlığının pozulması, odlu silahın əldə edilməsi və saxlanmasıdır.