Vəkil Badri Esebuanın günahını etiraf etmədiyinə və özünü təqsirli hesab etmədiyinə dair məlumat verir
Vəkil Badri Esebuanın günahını etiraf etmədiyinə və özünü təqsirli hesab etmədiyinə dair məlumat verir

 

Badri Esebua günahını etiraf etmir və özünü təqsirli hesab etmir-bu barədə jurnalistlərə məhbusun vəkili İoseb Canaşia açıqlayıb.

İoseb Canaşia Esebuanın ümumiyyətlə bankda olmadığını qeyd edib.

“O, özünü günahkar hesab etmir. Onun bu illər ərzində harada olmasına gəlincə, onun ümumi cavabı belə olub ki, həyatının məhv edilməsi təhlükəsini hiss edirmiş, müvafiq olaraq istintaq mərhələsində hüquq-mühafizə orqanlarının əməkdaşları qarşısına çıxmaqdan yayınıb”-deyə Badri Esebuanın vəkili İoseb Canaşia açıqlayıb.

Bu gün səhər saatlarında Gürcüstan Bankının filialını qarət etməkdə təqsirləndirilən Badri Esebuanın saxlanılması ilə bağlı məlumat yayılıb. Daxili İşlər Nazirliyi artıq Esebuanın saxlanılması ilə bağlı rəsmi məlumat və video görüntüləri yayıb. Esebua Kutaisinin 2 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb. Birinci Kanalın məlumatına əsasən Badri Esebua Cixaşkari kəndində saxlanılıb.

Gürcüstan Bankının Zuqdididəki filialına hücum 2020-ci ilin oktyabrın 21-də edilib. Daxili İşlər Nazirliyinin məlumatına əsasən basqın Badri Esebua tərəfindən həyata keçirilib. Hücumçu bir neçə saat ərzində 43 nəfəri girov saxlayıb. İstintaqın məlumatında hücum edən şəxsin bankdan yarım milyon dollar götürməyə müvəffəq olduğu deyilir.

Məsələ üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin terror aktı, terror məqsədi ilə girov götürmə, qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və üzərində gəzdirməni nəzərdə tutan 236, 323 və 329-cu maddələri ilə başladılıb.