Vəki rayonunun Cansuğ Kordzaia küçəsində aparılan planlı işlərlə əlaqədar olaraq nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq
Vəki rayonunun Cansuğ Kordzaia küçəsində aparılan planlı işlərlə əlaqədar olaraq nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq

Tbilisi meriyasının İnfrastrukturun İnkişafı Şəhər Xidməti Vəki rayonunun Cansuq Kordzaia küçəsində təhlükəsizlik məqsədilə dəmir-beton istinad divarının tikintisinə başlayır.

Paytaxt meriyası tərəfindən elan olunduğu kimi, nəzərdə tutulan işlərlə əlaqədar bu il noyabrın 19-dan etibarən avtomobillərin hərəkəti 5 ay müddətinə məhdudlaşdırılacaq.

“Tikinti müddətində Cansuğ Kordzaia küçəsinin 10-dan 14-dək olan hissəsində avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq. Beləliklə, nəqliyyat vasitələri Tskneti şosesindən 10 saylı Cansuğ Kordzaia küçəsinə, oradan isə Malxaz Dolidze küçəsi ilə, Cansuğ Kordzaia N14 isə İrakli Uçaneişvili küçəsi ilə hərəkət edə biləcəklər. – yayılan məlumatda deyilir.