Vedant Patel - Biz Ukraynanın Kurskdakı hərbi əməliyyatının planlaşdırılması və hazırlanmasının heç bir aspektində iştirak etməmişik
Vedant Patel - Biz Ukraynanın Kurskdakı hərbi əməliyyatının planlaşdırılması və hazırlanmasının heç bir aspektində iştirak etməmişik

ABŞ Ukraynanın Kurskdakı hərbi əməliyyatının planlaşdırılması və hazırlanmasının heç bir aspektində iştirak etməyib. Bu barədə Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel məlumat verib.

“Ukrayna özünü təcavüzdən müdafiə edir. Bu, əvvəldən Kremlin Ukraynaya qarşı aqressiv müharibəsi idi. Bir daha demək istəyirəm ki, biz bu əməliyyatın planlaşdırılması və hazırlanmasında heç bir aspektdə iştirak etməmişik. Mən öz əməliyyatları barədə danışmağı Ukrayna hərbçilərinin öhdəsinə buraxıram, amma bizim rolumuz və diqqətimizi yönəltdiyimiz şey Ukraynanı dəstəkləməkdir ki, özünü müdafiə etmək qabiliyyətinə malik olsun”. – Patel dedi.

Məlumat üçün bildirək ki, Ukrayna tərəfinin məlumatına görə, onların hərbçiləri Kursk vilayətində 74 yaşayış məntəqəsini nəzarətə götürüb. Bundan əlavə, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ötən gecə hava hücumundan müdafiə sistemi ölkənin 8 regionunda 117 Ukrayna pilotsuz təyyarəsini vurub.