İsani rayonunda Vazisubani qəsəbəsinin 2-ci mikrorayonunda genişmiqyaslı işlər aparılır, işlər çərçivəsində üç ünvanda parklar salınır-bu barədə Tbilisi meri Kaxa Kaladze munisipalitet hökumətinin iclasında danışıb.
O, layihələrin 5500 kvadratmetr sahədə həyata keçirilməkdə olduğunu bildirib.
“İsani rayonunda, konkret olaraq Vazisubaninin 2-ci mikrorayonunda kompleks işlər davam etdirilir. Qəsəbədə parklar, yaşıllıq zolaqları salınır, drenaj şəbəkəsi, asfalt örtüyü çəkilir. Sahəsi 5500 kvadratmetr olan üç ünvanda parklar salınır. Qeyd olunan ərazilərdə innovativ, müasir uşaq attraksionları, istirahət yerləri, eləcə də işıqlandırma və suvarma sistemləri təşkil olunacaq, müxtəlif növ ağac və bitkilər səpiləcək, bütün lazımi inventarlar yerləşdiriləcək. Paytaxtda belə yerlərin olması, mümkün qədər çox yaşıllıq sahələrinin bərpası, daha çox parkların olması bizim üçün olduqca vacibdir, çünki bu gün ən çox ehtiyac duyduğumuz yaşıllıq sahələrinin olmasıdır” – deyə Kaxa Kaladze bildirib.
O, analoji layihələrin həyata keçirilməsinin gələcəkdə də aktiv şəkildə davam etdiriləcəyini bildirib.