Vazisubanidə yaşayış binasında baş verən partlayış nəticəsində xəsarət alanlardan biri xəstəxanada dünyasını dəyişib
Vazisubanidə yaşayış binasında baş verən partlayış nəticəsində xəsarət alanlardan biri xəstəxanada dünyasını dəyişib.
Ölən orta yaşlı qadındır. O, Xeçinaşvili klinikasının reanimasiya şöbəsində olub. Klinikanın bildirdiyinə görə, pasiyentin həyatı ilə bir araya sığmayan xəsarətləri olub.
Məlum olduğu kimi, əvvəlcə partlayış mərhumun evində baş verib, daha sonra yanğın başlayıb.
Üç pasiyent qəza yerindən Xeçinaşvili klinikasına yerləşdirilib. Onlardan ikisinin vəziyyəti stabildir.
İlkin məlumata görə, partlayışa səbəb təbii qazdır. Partlayışdan sonra yaşayış mənzillərindən birində yanğın baş verib, daha sonra yanğın digər mərtəbələrə keçib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Yerli sakinlərin verdiyi məlumata görə, ötən gün planlaşdırılmış işlərlə əlaqədar binaya qazın verilişi dayandırılıbmış.