Vazisubanidə valideynlərini qətlə yetirməkdə təqsirləndirilən şəxsə ömürlük həbs cəzası verilib
Vazisubanidə valideynlərini qətlə yetirməkdə təqsirləndirilən şəxsə ömürlük həbs cəzası verilib

 

Vazisubanidə valideynlərini qətlə yetirməkdə təqsirləndirilən Qiorqi Berozaşvili ömürlük həbs cəzasına məhkum edilib.

Bir az bundan əvvəl Tbilisi Şəhər Məhkəməsində hakim hökmü elan edib.

İstintaqın məlumatında Qiorqi Berozaşvilinin illər boyu şəxsi münaqişə və fikir ayrılıqları səbəbindən valideynlərini öldürmək niyyətində olduğu deyilir. Verilən məlumatda onun, qanunsuz olaraq odlu silah aldığı və aprelin 27-də öz evində atasının adına qeydiyyatda olan odlu silahla yatmış atasının başından, daha sonra isə qanunsuz əldə etdiyi başqa odlu silahla yatmış anasını başından güllələdiyi deyilir. Aldıqları xəsarətlər nəticəsində onların hər ikisi yerindəcə keçinib.

İttihamçı tərəfin məlumatında bildirilir ki, Qiorqi Berozaşvili qətldən sonra izləri silmək üçün evdə soyğunçuluq mənzərəsi yaradıb- o, şkaflardan paltar və müxtəlif əşyaları töküb, valideynlərinə məxsus pul və qızıl-zinət əşyalarını axtarıb-tapıb, sonra isə cinayətin ört-basdır edilməsi məqsədilə mənzildə yanğın törədib və təbii qazın kranını açıb.