Vays üzr istədi - jurnalistlər etiraz əlaməti olaraq zalı tərk etdilər
Şimali Makedoniya yığması ilə keçirilən tarixi matçdan sonra, mətbuat konfransında Gürcüstan yığmasının məşqçisi, Vladimir Vays matçı dəyərləndirdi:
“Futbolçulardan, Federasiyadan, sizdən, bu matçı gözləyən hər bir kəsdən üzr istəyirəm. Sözsüz ki, oyuna məsuliyyəti mən daşıyıram. Avropaya Makedoniya çıxdı, bir top vurdular və bu, qələbə üçün yetərli oldu, lakin irəlidə Millətlər Liqasında daha iki oyun var”, – Vladimir vays deyir.
Bundan sonra gürcü jurnalistlərinin böyük hissəsi, etiraz əlaməti olaraq zalı tərk etdi. Ümumi fikirdir ki, komanda bu tarixi görüşü məhz elə məşqçiyə görə uduzdu. O, oyun zamanı komandanın düzülməsinin dəyişməsini, hücumun gücləndirilməsini bacara bilmədi.
Xatırladaq ki, Avro 2020-nin pleyofunun finalında Gürcüstan yığması Şimali Makedoniyaya 0:1 hesabı ilə məğlubiyyət uğradı və Avropa Çempionatına düşməsinin unikal şansını itirdi.