Vato Şakarişvili - “Tbilisi İppodromu Xidməti”nin direktorunun mövqeyi qəti və yekun olmadı, çünki təzyiqlər çoxdur, biz Gürcüstanda ictimai məkanda pozğunluğun nümayişinə imkan verməyəcəyik
“Lisi Wonderland” ərazisində saat 13:00-da dinc toplantı başlayacaq, bizim mövqeyimiz qəti və aydın olacaq ki, Gürcüstanda ictimai məkanda bu azğınlığın və çirkabın nümayişinə imkan verməyəcəyik, – bu barədə “Öncə Gürcüstan” ictimai hərəkatının təsisçisi Vato Şakarişvili məlumat verib.
Onun sözlərinə görə, “Tbilisi İppodromu Xidməti”nin direktorunun ona məxsus ərazini “Pride” təşkilatçılarına ayırmaq fikrində olmadığı barədə mövqeyi qəti və son olmadı, çünki təzyiqlər çox böyükdür.
“Sahiblər də daxil olmaqla, böyük təzyiq var. LGBT “Pride”nın keçiriləcəyi sözügedən ərazini müvəqqəti olaraq təşkilatçılara icarəyə verən şirkətin direktoru açıq şəkildə bildirdi ki, artıq sahib olduğu ərazini “Pride” təşkilatçılarına vermək fikrində deyil. Görünür, təzyiq çox yüksək olduğu üçün bu mövqe möhkəm və yekun olmadı. Bilirsiniz ki, ortaqlardan birinin arxasında “Milli Hərəkat”ın liderlərindən biri, tanınmış cinayətkar Jorika Rurua dayanır. Ölkə xaricindən də böyük təzyiqlər var. Bu gün biz agentlər şəbəkəsinin rəhbəri, Gürcüstan Prezidenti Salome Zurabişvilinin LGBT-nin “Pride” festivalına dəstək verən bəyanatını gördük. Vəziyyət belədir – orada Gürcüstanın düşmənlərinin birləşməsi var və burada mövqeyi möhkəm olan gürcü cəmiyyəti dayanır və gürcü cəmiyyəti sülh yolu ilə və həmrəyliklə əmin olacaq ki, Gürcüstanda LGBT “Pride” Festivalının ictimai keçirilməsinə dair presedent yaranmayacaq.
Altından xət çəkərək bildiririk, bizim toplantımız “Lisi Wonderland”/“Lisi İppodromu” ərasizindən saat 13:00-da başlayacaq, birmənalı şəkildə görüşümüzün dinc, lakin mövqeyimiz qəti və aydın olacağını, bu azğınlığın, bu çirkinliyin Gürcüstanın Tbilisi şəhərində açıq, ictimai məkanda nümayişinə imkan verməyəcəyimizi vurğulayırıq, – Vato Şakarişvili bildirib.
İppodromun ərazisinin səhmdarlarından biri Maya Tabaqua sosial şəbəkədə status dərc edib və orada qeyd edib ki, təhlükəsizliklə əlaqədar olaraq “Pride” festivalının ippodromun ərazisində keçirilməsinə icazə verə bilməyiblər.