Vaşinqton Şimali Koreyanın təxribat hərəkətləri ilə artıq barışmayacaq
Şimali Koreyanın nüvə proqramı, iki ölkə arasında strateji əməkdaşlıq və ticarət əlaqələri Tokiyoda ABŞ prezidenti ilə Yaponiyanın baş nazirinin görüşündə müzakirənin əsas mövzuları olub. İlk Asiya turnesi çərçivəsində Yaponiyada olan Donald Tramp qeyd etdi ki, Vaşinqton Şimali Koreyanın təxribat hərəkətləri ilə barışa bilmir və problemin həlli üçün bütün variantlar müzakirə olunur.
Ağ Evin lideri eləcə də dedi ki, Yaponiyanın Şimali Koreyanın raketlərini yerə sala bilməsi və bunun üçün ABŞ tərəfindən ötürülən hərbi təchizatdan istifadə etməsi mümkündür. Yaponiya və ABŞ Şimali Koreyanın nüvə və raket proqramı ilə əlaqədar problemin həll olunması üçün Çin və Rusiya ilə əməkdaşlıq edəcəyini təstiqləyiblər.
Səfər çərçivəsində ABŞ prezidentini Yaponiyanın imperatoru da qəbul etdi.