Vaşinqtonda və Virciniyada partlayıcı maddə ilə dolu paketlər aşkarlandı
Amerika Birləşmiş Ştatlarının federal istintaq bürosunun agentləri Vaşinqton və Virciniyada partlayıcı maddə ilə dolu şübhəli paketlər aşkarladılar.
Bu barədə məlumatı Amerikanıın NBC teleşirkəti yayır.
Medya vasitələrinin məlumatına görə, aşkarlanan paketlər Mərkəzi Kəşfiyyət Xidmətinə göndərildi.
İlk paket Vaşinqtonda yerləşən Müdafiyə Universitetində aşkarlandı.
Digər paketlər isə, Virciniyada, Lenqli Mərkəzi Kəşfiyyat Agentliyinin ərazisində, geo-siyasi institutun yaxınlığında və yenə üç universitetin ərazisində aşkarlandı.