Vaşinqtonda bugün ABŞ-Gürcüstan strateji xartiyasının işçi qrupunun görüşü keçiriləcək
Vaşinqtonda bugün Gürcüstan və ABŞ-ın strateji partnyorluq xartiyası komisiyasının xalqlararası münasibətlər və mədəni mübadilə işçi qrupunun növbəti görüşü keçiriləcək.
Görüş çərçivəsində tərəflər, Gürcüstanın işğal atlında olan ərazilərində yaşayan əhalinin təhsil, mədəniyyət, idman, səhiyyə, strateji komunikasiya məsələlərinə nə qədər qoşulduğu barədə müzakirə aparacaqlar. Amerikalı həmkarlarla bərabər, bu sahədə nail olunan proqress və qarşıda duran problemlər yekunlaşdırılacaq.
Gürcüstan tərəfindən görüşdə Xarici İşlər Nazirinin müavini David Zalkaniani və Barış və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət nazirinin müavini Laşa Daraselia rəhbərlik edəcəklər.
ABŞ-dan isə, ümumi diplomatiya məsələləri üzrə dövlət katibinin müavini Şeron Hadson Din və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) administratorunun müavini Marqo Elis rəhbərlik edəcəklər.