"Vaşinqton Post" - ABŞ Vladimir Zelenskiyə lazım olduğu təqdirdə Ukraynadan evakuasiya təklif etdi, Zelenski rədd cavabı verdi
Amerika mediasının məlumatına görə, ABŞ Vladimir Zelenskiyə lazım olduğu təqdirdə Ukraynadan evakuasiya təklif etdi, Zelenski rədd cavabı verdi.
“Vaşinqton Post” mənbəyə istinad edərək yazır ki, Amerika hökuməti girov düşdüyü və ya məhv edilməni başdan rədd etmək məqəsdilə Vladimir Zelenskiyə Kiyevin tərk edilməsində yardım etməyə hazırdır. Lakin mənbənin məlumatına görə, Zelenski ölkənin tərk edilməsindən imtina edir.
Dünən Vladimir Zelenski bəyan etdi ki, düşmən onu bir nömrəli, ailəsini isə, iki nömrəli hədəf kimi elan etdi.