Vaşinqton polisinin rəhbəri bəyan edir ki, dünənki hücum zamanı hüquqmühafizəçilər 68 nəfəri həbs etdilər
Vaşinqton polisinin rəhbəri bəyan edir ki, dünənki hücum zamanı hüquqmühafizəçilər 68 nəfəri həbs etdilər

Vaşinqtonda dünən baş verən hücum zamanı hüquqmühafizəçilər 68 nəfəri həbs etdilər.

Bu barədə bəyanatı mətbuat konfransında Vaşinqton polisinin rəhbəri Robert Konte verdi.

Polis rəhbərinin məlumatına görə, onun departamenti dünənki qarışıqlığı təşkil edənlərin identifikasiyasını həyata keçirir və onlar mütləq məsuliyyətə cəlb olunacaqlar.

Həbs olunanlar arasında 60 kişi və səkkiz qadın var. Onlardan sadəcə bir nəfər Vaşinqtonludur.

Polis hücumda iştirak edənlərin fotolarını veb-səhifədə yerləşdirdi və onların identifikasiyasında vətəndaşlardan yardım istədi.

Xatırladaq ki, yanvarın 6-da, ABŞ-ın qüvvədə olan prezidentin Donald Trampın dəstəkçiləri Kapitolium binasına zorla daxil oldular və konqersin iclasını pozmağa çalışdılar.

Hücum zamanı dörd nəfər həlak oldu.