Vaşinqton meri Muriel Bouzer şəhərdə gedən anti-rasist aksiyasına qoşulub.
Bir neçə gün bundan əvvəl,Muriel Bouzer ABŞ-ın prezidenti Donald Trampa müraciət edərək, onu,Vaşinqtondan federal polis və hərbçiləri çıxarmağa çağırıb.Şəhər merinin müraciətinə cavab verən Donald Tramp onu bacarıqsız adlandırıb.
ABŞ-da etiraz aksiyaları mayın 25-də ,polis tərəfindən fiziki gücün tətbiq olunması nəticəsində həyatını itirmiş Corc Floydun ölümündən sonra başlayıb.
Hazırladı-Sevinc Mustafayeva