Vaşinqton meri şəhərdə fövqəladə vəziyyətin müddətini 15 günlüyünə uzatdı
Vaşinqton meri şəhərdə fövqəladə vəziyyətin müddətini 15 günlüyünə uzatdı

Vaşinqton meri, Muriel Bouzer şəhərdə fövqəladə vəziyyətin müddətini 15 günlüyünə uzatdı. Fövqəladə vəziyyət ABŞ-ın seçilmiş prezidenti, Co Baydenin andiçmə mərasiminin sabahsı günü aradan götürüləcək. Məlumatı “CNN” yayır.

Murielin dediyinə görə, ABŞ Konqressinə soxulan nümayişçilər zoraklıq hərəkətlərini andiçmə günü də davam etdirəcəklər.

Mediada yayılan məlumata əsasən, hüquqmühafizəçilər Konqressə soxulma və zoraklıq faktı üzrə 52-dən artıq insanı yaxalayıblar.

Vaşinqton Polisi rəsinin dediyinə görə, qarmaqarşıqlıq zamanı Koqress həndəvərində üç nəfər vəfat etdi.