Vasil Mağlaperidzenin "Tarixə səyahət - İpək Yolunun Qafqaz magistralı" sənədli serialı ingilis dilində Birinci Kanalın YouTube Kanalında

 

Vasil Mağlaperidzenin “Tarixə səyahət – İpək Yolunun Qafqaz magistralı” sənədli serialı Gürcüstan tarixinin populyarlaşdırılması məqsədilə, bu gündən etibarən ingilis dilində Gürcüstanın Birinci Kanalının YouTube Kanalında əlçatandır.

10 seriadan ibarət müəllif layihəsi İpək Yolu və bu kontekstdə Gürcüstanın geosiyasi funksiyasından bəhs edir.

“İlk avropalılar iki milyon il əvvəl bu yolu qət ediblər. Alp çəmənliklərindən, subtropiklərdən, tarixdən əvvəlki meşələrdən və səhralardan keçən yol. Böyük imperiyaların üç min il bir-biri ilə uğruna vuruşduğu yol. Bu yola görə şəhərlər salırdılar, dağıdıcı müharibələr başladırdılar. Bu, sivilizasiyaların toqquşduğu yer idi; Şimalla cənub arasında körpü” – deyə Vasil Mağlaperidze bildirir.

30 dəqiqəlik serialarda verlişin müəllifi Qafqazın şimal və cənubunda mövcud sivilizasiyaları birləşdirən yolu tamaşaçılarla birlikdə keçir.