Vasil Mağlaperidze - Şalva Papuaşvili və İrakli Kobaxidze ilə görüşdə razılaşdıq ki, ictimai yayımçının müstəqilliyinə təsir etməyəcək optimal modelə doğru irəliləyəcəyik
İctimai Yayımçının Qəyyumlar Şurasının sədri Vasil Mağlaperidzenin sözlərinə görə, onlar parlamentin sədri Şalva Papuaşvili və “Gürcü arzusu” partiyasının sədri İrakli Kobaxidze ilə bugünkü görüşdə razılaşıblar ki, yayımçının maliyyələşdirilməsi üçün elə bir model işlənib hazırlanacaq ki, o, televiziyanın ehtiyaclarını da ödəyəcək və onun müstəqilliyinə də təhlükə yaratmayacaq.
Qanunvericiliyə edilən dəyişikliklə əlaqədar İctimai Yayımın baş direktoru və Himayəçilər Şurasının sədri Şalva Papuaşvili ilə və İrakli Kobaxidze ilə görüşüb.
Vasil Mağlaperidzenin sözlərinə görə, yayımçının maliyyələşdirmə modeli ilə bağlı işlər davam etdiriləcək.
“Bu, çox vacib görüş idi. Baş direktorla mən parlamentin sədri və partiya sədri ilə görüşdük. Yayımçının maliyyələşdirilməsi məsələsini təfərrüatı ilə nəzərdən keçirdik. Tam hazırlıq var idi və biz həqiqətən də razıyıq qaldıq – biz qeyd-şərtsiz razılaşdıq ki, heç nə yayımçının müstəqilliyinə təhlükə yaratmayacaq, televiziyanın tələbatını ödəyən model hazırlanacaq və bu model onun müstəqilliyinə də təsir etməyəcək. Mövcud modelin gələcəkdə bəzi qüsurları ola bilər. Ona görə də razılaşdıq ki, işlər davam etdiriləcək və optimal modelə doğru irəliləyəcəyik. İş vəziyyətinə keçəcəyik, yenidən görüşəcəyik, maliyyəçilər cəlb olunacaq. İşi davam etdirməyə tam hazırlıq var”, – deyə Vasil Mağlaperidze bildirib.
Müəllif -
Mehemmed Bayramaliyev