Vasil Mağlaperidze -illər əvvəl İctimai Yayımçı ilə əlaqədar tez-tez ifrat skeptik söz-söhbət var idi, lakin İctimai Yayımçının artıq keçmiş olmadığını, onun gələcək olduğunu açıq şəkildə deyirəm
Vasil Mağlaperidze -illər əvvəl İctimai Yayımçı ilə əlaqədar tez-tez ifrat skeptik söz-söhbət var idi, lakin İctimai Yayımçının artıq keçmiş olmadığını, onun gələcək olduğunu açıq şəkildə deyirəm

 

İctimaiyyət və parlament İctimai Yayımçının artıq ayağa qalxdığını və tədricən ictimaiyyətin ondan gözlədiyi rolu tam yerinə yetirəcəyini gördü-bu barədə parlamentdə hesabat təqdim edən İctimai Yayımçının Qəyyumlar Şurasının sədri Vasil Mağlaperidze bildirib.

O bildirib ki, illər əvvəl İctimai Yayımçı ilə əlaqədar tez-tez ifrat skeptik söz-söhbət olub, lakin artıq İctimai Yayımçı keçmiş deyil, gələcəkdir.

Vasil Mağlaperidze kanalda çalışan insanların effektiv fəaliyyətində bunun göründüyünü açıqlayıb.

“Parlamentdə olduqca yaxşı işgüzar dinləmə oldu, əsasən hamıdan xoş niyyət hiss olunurdu. İllər əvvəl İctimai Yayımçı ilə əlaqədar tez-tez ifrat skeptik söz-söhbət var idi, lakin İctimai Yayımçının artıq keçmiş olmadığını, onun gələcək olduğunu açıq şəkildə deyirəm. Bu, kanalda çalışan insanların effektiv fəaliyyətində görünür. Fikrimcə, parlamentdə də bunu bütün tərəflərin gördüyü ortaya çıxdı” -deyə Mağlaperidze bildirib.

O , İctimai Yayımçının iki aspektlə -maksimum neytrallıq və yüksək keyfiyyət ilə kəskin seçildiyini bildirir.

“İctimai Yayımçı iki aspektlə kəskin seçilir. Birincisi, media bazarında ən neytral oyunçudur. Neytral soyuqqanlı mənasına gəlmir, jurnalistlərin azadlığı var və təsisçinin siyasi və media maraqları ilə hərəkət etmirlər, bu təbiidir, bütün özəl kanallar belə davranır. İkincisi, İctimai Yayımçının keyfiyyətidir – çoxsaylı gürcü verlişləri ilə ictimai sifariş olan yüksək keyfiyyətli və yüksək zövqə hesablanmış müxtəlif proqramlar var . Böhtana çevrilən maliyyə məhz buna görə istifadə olunur. Maliyyələşdirmə tez-tez xal qazanmaq naminə deyildiyi həcmdə deyil, lakin kifayətdir və biz bu gün vəsaitin olduqca rasional xərclənməsini təqdim etdik”-deyə Vasil Mağlaperidze bildirib.