Vasil Mağlaperidze – Gürcüstanda yaşayan etnik və dini azlıqların məsələləri üzrə iş İctimai Yayımçı üçün prioritet olur
Vasil Mağlaperidze – Gürcüstanda yaşayan etnik və dini azlıqların məsələləri üzrə iş İctimai Yayımçı üçün prioritet olur
Vebplatforma artıq 7 dildə əlçatandır. Ən qısa zamanda isə 1tv.ge-nin aplikasiyası istifadəyə veriləcək. Bu aplikasiya vasitəsi ilə, istifadəçinin istədiyi dildə informasiyaya abunə olmağı mümkün olacaq.
Bununla yanaşı İctimai Yayımçının baş direktorunun dediyinə əsasən Azərbaycan və erməni dilli radio verlişlərin hazırlanması planlaşdırılır. Vasil Mağlaperidzenin qeyd etdiyinə əsasən, paralel rejimdə İctimai Yayımçı regionlarda işini gücləndirir. Regionlarda milli və dini azlıqların mövzuları üzrə işləyən jurnalistlər seçiləcək.
“Bizim rəngarəngliyimiz böyük və vahid mədəniyyət yaradır. Bu gürcü dövlətçiliyinin simasını yaradır və biz buna çox böyük diqqət ayırmalıyıq. İctimaiyyətin bəzi dairələrində müəyyən gərginliklər var. Biz maksimal dərəcədə bu gərginliklərin aradan qaldırılmasına, ünsiyyətin təbii olmasına yardımçı olmalıyıq” – bildirdi Vasil Mağlaperidze.
Memorandum haqqında Xalq Müdafiəçisi Aparatında mövcud olan Milli Azlıqlar Şurasının koordinatoru da söz etdi. “İstiqamətlərdən biri çoxluğun, azlıqlar haqqında məlumatlandırılmasıdır. İkinci yönəm isə, milli azlıqların ölkədə gedən proseslərə dair onların öz dillərində məlumatlandırılmasıdır” – qeyd etdi Koba Çopliani.
Qeyd edək ki, İctimai Yayımçıda Məsləhətçilər Şurası yaradılacaq. Şura memarandumun effektli şəkildə hayata keçirilməsini yardımçı olacaq.