Vasil Mağlaperidze - dil təfəkkür vasitəsidir, nə qədər təmiz və nizamlı olsa, ünsiyyətin keyfiyyəti artar, İctimai Yayımçı bu sağlam prosesi populyarlaşdırmağa borcludur
Vasil Mağlaperidze - dil təfəkkür vasitəsidir, nə qədər təmiz və nizamlı olsa, ünsiyyətin keyfiyyəti artar, İctimai Yayımçı bu sağlam prosesi populyarlaşdırmağa borcludur

 

Dil təfəkkür və ünsiyyət vasitəsidir və nə qədər təmiz və nizamlı olsa, təfəkkürün və ünsiyyətin keyfiyyəti bir o qədər yüksək olar, İctimai Yayımçı bu sağlam prosesi populyarlaşdırmağa borcludur-bu barədə İctimai Yayımçının Qəyyumlar Şurasının sədri Vasil Mağlaperidze Birinci Kanalın və Dövlət Dili Departamentinin nümayəndələri arasında danışıq dilinin təkmilləşdirilməsi ilə bağlı keçirilən görüşdən sonra bildirib.

O, Birinci Kanalın və Dövlət Dili Departamentinin təşəbbüsünü alqışladığını bildirib.

“Müasir qloballaşma şəraitində bütün dünyada dilin zənginləşməsi prosesi gedir. Eyni zamanda, müəyyən dərəcədə dil kirlənmək təhlükəsi ilə də üz-üzədir. Bu normal prosesdir, lakin təşkilati strukturlar dili qorumağa çalışır. Dil təfəkkür və ünsiyyət vasitəsidir və nə qədər təmiz və nizamlı olsa, təfəkkürün və ünsiyyətin keyfiyyəti bir o qədər yüksək olar. Bu səbəbdən biz bu məsələni tədricən, maksimal şəkildə , lakin çox yumşaq şəkildə qaydasına salmalıyıq və burada hansısa cəzanın tətbiqi nəzərdə tutulmur. İctimai Yayımçı bu sağlam prosesi təbliğ etməyə borcludur. Əminəm ki, tədricən, əzmkarlıqla, yaxşı nəticələr əldə edəcəyik. Birinci Kanalın və Dil Palatasının təşəbbüsünü alqışlayıram”- deyə Vasil Mağlaperidze bildirib.

Bu gün Birinci Kanalın və Dövlət Dili Departamentinin nümayəndələri danışıq dilinin təkmilləşdirilməsi ilə bağlı görüş keçiriblər. Görüş mediada yer alan tipik səhvləri və barbarizmləri gürcü ekvivalentləri ilə əvəz etmək və gürcü dilini daha da populyarlaşdırmaq məqsədini daşıyır.

Görüşdə kanalın rəhbərliyi Dövlət Dili Departamentinin nümayəndələri ilə birlikdə müxtəlif maarifləndirici və məlumatlandırıcı tədbirlər planlaşdırıb.

Bu məsələ ilə əlaqədar Birinci Kanalla Dövlət Dili Departamenti arasında memorandumun imzalanması planlaşdırılır.