Vasil Mağlaperidze - Birinci Kanala təzyiqlə bağlı söz-söhbət keçmişdə qaldı, Birinci Kanala təzyiq olmayacaq və biz hamımız buna tədricən uyğunlaşmalıyıq
Vasil Mağlaperidze - Birinci Kanala təzyiqlə bağlı söz-söhbət keçmişdə qaldı, Birinci Kanala təzyiq olmayacaq və biz hamımız buna tədricən uyğunlaşmalıyıq

 

Birinci Kanala təzyiqlə bağlı söz-söhbət keçmişdə qaldı, Birinci Kanala təzyiq olmayacaq və biz hamımız buna tədricən uyğunlaşmalıyıq-bu barədə İctimai Yayımçının Qəyyumlar Şurasının sədri Vasil Mağlaperidze parlamentdə yayımçının 2021-ci ilə olan hesabatını təqdim edərkən bildirib.

“Həqiqətən demək istəyirəm ki, bizim bu və ya digər tərəfdən təzyiq təhlükəmiz yoxdur, açıq şəkildə deyirəm. Biz bunu yaşamırıq, bu cür əhval-ruhiyyə var və daha da güclənəcək.

Birinci Kanala təzyiqlə bağlı söz-söhbət keçmişdə qaldı. Birinci Kanala təzyiq olmayacaq və biz hamımız buna tədricən uyğunlaşmalıyıq. Yeri gəlmişkən, parlamentin tabeliyindədir və Birinci Kanalın belə olmasının bütövlükdə parlamentin böyük nailiyyətlərindən biri olduğunu hesab edirəm. Mən indi bir zamanlar olan keçmişə qayıtmayacağam və bunun böyük nümunəvi dövr olduğunu düşünmürəm”- deyə Vasil Mağlaperidze bildirib.