Varşavada ticarət mərkəzlərindən birində yanğın baş verib

14:20, 12.05.2024

Varşavada ticarət mərkəzlərindən birində yanğın baş verib. Bu barədə RMF24 məlumat yayır.

Yanğınsöndürmə xidmətinin məlumatına əsasən, ərazidə tez alışan material olduğuna görə alov sürətlə yayıldı.

Ərazidə 180 yanğınsöndürən-xilasedici işləyir.

Ölən və yaralananlar barədə məlumat yayılmır.

Oxşar