Varlam Liparteliani - Dzyudo Federasiyasının prezidenti istefa edənə qədər heç bir yarışda iştirak etməyəcəyik və məşqləri dayandıracağıq
“Dzyudo Federasiyasının rəhbəri David Kevxişvili istefa verənə qədər heç bir yarışda iştirak etməyəcəyik və bütün məşqləri dayandıracağıq” – bu barədə bəyanatı idmançı Varlam Liparteliani verdi.
“Gürcüstanın dzyudo komandasına necə sağlam şəraitlərin təmin edilməsi, eləcədə yaxşı təlimçilərin seçilməsi baxımından federasiya tərəfindən dəstək lazımdır. Komandanın qərarı ilə, federasiyada mövcud olan qeyri-məqbul vəziyyətə görə, bildiririk ki, federasiyanın rəhbəri istefa edənə qədər heç bir yarışda iştirak etməyəcəyik və məşq də etməyəcəyik.
O müxtəlif vəzifələrdə işləyir və faktır ki, üzərinə götürdüyü vəzifələri yerinə yetirə bilmir. Onun idarəçilik dövründə bu idman növünün inkişaf perspektivi yoxdur. Dzyudoçu olaraq, dünya səhnələrində Gürcüstan bayrağını ucaltmaqdan qürur hiss edirik, ancaq belə ağır şəraitlərdə artıq dayana bilmirik.
Məsul şəxslərdən müvafiq addımlar gözləyirik və federasiyada real dəyişikliklər görmək istəyirik” – dedi Varlam Liparteliani.
Bugün Gürcüstanın Dzyudo Federasiyasının bir neçə üzvü Federasiya prezidentinə istefa verməsi üçün müraciət etdi.
Avropa çempionatındaki məğlubiyyətdən sonra, aprelin 30-da Gürcüstanın Milli Dzyudo komandasının təlimçilər qrupu istefa etdi.