Bakıda keçirilən Dünya Dzyudo Çempionatının altıncı günündə Gürcüstanı 100 kq. çəki kateqoriyasında, Gürcüstan dzyudo yığmasının kapitanı Varlam Liparteliani təmsil edirdi.
Gürcü pəhləvanı yarım-finala qədər üç döyüşdə qalib oldu – birinci görüşdə o Fransalı Aleksandr İdiri, ikinci görüşdə Azərbaycanlı Elmar Qasımovu, Üçüncü görüşdə isə, Misirli Ramadan Darvişi məğlub etdi.
Turnirin yarım-finalında Gürcüstan yığmasının kapitanı Otqonbaatar Lxarqvasurenlə qarşılaşdı.
Üst-üstə qələn qələbələr nəticəsində, Liparteliani çempionatın finalında iştirak etmək haqqını qazandı.
Final qarşılaşmada isə, Varlam Liparteliani Koreyalı rəqibinə qalib gələ bilmədi və bu ilki çempionatda da gümüş medal aldı.