Varketilidə yaşayış binasından atəş edən şəxsə həbs cəzası verildi
Varketilidə yaşayış binasından atəş edən şəxsə həbs cəzası verildi

Varketilidə polis əməliyyatı zamanı həbs edilən Aleksandre İvanova, hansı ki, yaşayış binasında özünü bağlayıb, bəlli olmayan istiqamətə atəş edirdi, həbs cəzası verildi.

Hakim bəyan etdi ki, cinayətkarın qaçması ehtimalı mövcuddur və proses başa çatana qədər, onun həbsdə qalması şərtdir.

Bununla yanaşı, hakim bəyan etdi ki, həbs edilən şəxsin psixiki sağlamlığı haqqında ekspertiza keçiriləcək.

Növbəti məhkəmə prosesi iyulun 28-də keçiriləcək.

Xatırladaq ki, Aleksandr İvanov Varketilinin 3-cü massivindəki yaşayış binasında polislər tərəfindən keçirilən əməliyyat nəticəsində, iyunun 5-də həbs edildi.

Qeyd olunan cinayət 4-dən yeddi ilə qədər həbs cəzasını nəzərdə tutur.